ABŞ-da hamilə qadını vəhşicəsinə öldürən qadına edam cəzası verildi

ABŞ-da hamilə qadını vəhşicəsinə öldürən qadına edam cəzası verildi
DÜNYA
12:52 14.11.2022
235
ABŞ-da 2 il əvvəl vəhşi qətl törədən şəxs cəzasını alıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hamilə rəfiqəsini 3 yaşlı qızının gözü qarşısında öldürüb, bətnindəki körpəni oğurlayan qatil qadın edam cəzasına məhkum edilib.
 
ABŞ mətbuatını silkələyən Teylor Parkerin törətdiyi qətllə bağlı 2 ildir davam edən məhkəmə prosesində qərar verilib. Məhkəmə 29 yaşlı Parkeri hamilə rəfiqəsini öldürdüyünə və bətnində olan körpəsini oğurladığına görə ölüm cəzasına məhkum edib.
 
Qeyd edək ki, Taylor Parker 2020-ci ilin oktyabr ayında 35 həftəlik hamilə olan 21 yaşlı Reyqan Simmons-Hankoku Nyu Bostondakı evində 3 yaşlı qızının gözü qarşısında güllələyib, bətnindəki körpəsini oğurlayıb qaçıb. Qətl baş verən gün Parker sürət həddini aşdığı üçün yol polisi tərəfindən saxlanılıb və özünü yeni doğuş etmiş kimi göstərib. Lakin o, xəstəxanaya yerləşdirildikdən sonra həqiqət üzə çıxıb.
 
Prokurorlar bildiriblər ki, qətldən əvvəl Parker özünü hamilə kimi göstərib, saxta ultrasəs görüntüləri göstərib və sevgilisinin ondan ayrılmaması üçün saxta seks partisi təşkil edib. Parker keçən ay körpənin də öldüyü hadisədə qətldə günahkar bilinib. Ölüm cəzasına məhkum edilən Parkerin vəkili apellyasiya şikayəti verməyi planlaşdırdıqlarını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR