ABŞ-da hərbi bazada atışma baş verib

ABŞ-da hərbi bazada atışma baş verib
DÜNYA
21:16 06.08.2025
218
ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs tərəfindən atəş açılıb.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Hadisə nəticəsində hərbi obyekt qismən bağlanıb.

"Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəş açılması ilə bağlı insidentin baş verdiyini təsdiqləyə bilərik”, – deyə bazanın nümayəndəsi, polkovnik-leytenant Endjel Tomko bildirib.

Hadisənin səbəbləri və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

Agentliyin qeyd etdiyinə görə, Fort-Styuart ABŞ-ın ən iri hərbi bazalarından biridir və burada minlərlə hərbçi xidmət edir.
 
/APA
OXŞAR XƏBƏRLƏR