ABŞ-da ilk dəfə bir günə 4 mindən çox COVID-19 xəstəsi öldü

ABŞ-da ilk dəfə bir günə 4 mindən çox COVID-19 xəstəsi öldü
DÜNYA
18:54 08.01.2021
712
ABŞ-da son sutka ərzində koronavirusdan ölən xəstələrin sayı ilk dəfə 4 min həddini keçib.

Bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

Universitetin məlumatına görə, ABŞ-da son 24 saat ərzində tibb işçiləri 4 085 ölüm və 274 703 yoluxma halı qeydə alıblar.

Universitetin məlumatına görə, ABŞ-da pandemiyanın başlanğıcından bəri 21,5 milyondan çox yoluxma aşkarlanıb, 365 mindən çox insan COVID-19 qurbanı olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR