ABŞ-da koronavirus qurbanlarının sayı 5,3 min nəfəri ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 5,3 min nəfəri ötdü
DÜNYA
22:31 02.04.2020
881
ABŞ-da koronavirusa yoluxanların sayı 226 min nəfərdir.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ölkədə COVID-19 qurbanlarının sayı 5 316 nəfər təşkil edir.

Bildirilir ki, siyahıya 1 374 ölüm hadisəsi ilə Nyu-York şəhəri liderlik edir, ikinci yerdə 164 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb.

Ölkədə virusdan sağalanların sayı 8 826 nəfər təşkil edir.

OXŞAR XƏBƏRLƏR