ABŞ-da kütləvi etirazlar dalğası - VİDEO

ABŞ-da kütləvi etirazlar dalğası - VİDEO
DÜNYA
16:54 11.04.2013
1353
Vaşinqtonda 10 minlərlə insan ABŞ parlamenti qarşısında nümayiş keçirib. Nümayişçilər Konqresi Birləşmiş Ştatların 11 milyondan artıq qeyri-qanuni mühacirinə vətəndaşlıq verəcək immiqrasiya islahatlarını qəbul etməyə çağırıblar.Vaşinqtonda və daha 18 ştatda on minlərlərlə nümayişçinin immigrasiya sistemində əsaslı dəyişikliklər nəzərdə tutan və deportasiyaya son qoyan qanun layihəsinə dəstək nümayiş etdirirlər.Fərqli İrqlərin Milli Assosiasiyasının prezidenti Bencamin Celas bununla bağlı artıq gözləmək fikrində olmadıqlarını bildirib: “Bu gün biz bunu deməyə gəlmişik ki, biz daha gözləmək, təmkinli olmaq niyyətində deyilik. Biz azadlığımızı istəyirik, özü də indi istəyirik”.Qeyri-leqal mühacirlərə ABŞ-da yaşamaq hüququnun verilməsi Barak Obamanın seçki kampaniyasında verdiyi vədlərdən biridir. Prezidentin keçən ilin iyununda təklif etdiyi proqram uşaqlıqdan bura mühacirət etmiş işçilərə 2 illik yenilənən vizaya müraciət haqqı verir.Qeyd edək ki, ABŞ-da qeyri-leqal statusla yaşayan mühacirlərin böyük hissəsini ispandilli immiqrantlar təşkil edir. Artıq prezident seçkilərini uduzan Respublikaçılar Partiyası da etiraf edir ki, ispandilli seçicilərin səsini qazanmaq üçün immiqrasiya islahatı ilə bağlı müəyyən sövdələşmə əldə olunmalıdır. Konqresdəki müzakirələrin nəticəsinin bu həftə müəyyənləşəcəyi gözlənilir.İmmiqrasiya əleyhdarları isə emosiyalara qapanmamağa və iş tapa bilməyən 20 milyon amerikalını göz önünə gətirməyə çağırırlar. Onlar hesab edirlər ki, qeyri-qanuni immiqrantlara ABŞ-da yaşamaq hüququnun verilməsi bura daha da böyük mühacir axınına və deməli, yerli hökumət idarələri üçün maliyyə problemlərinə gətirib çıxaracaq.
OXŞAR XƏBƏRLƏR