ABŞ-da məktəbdə atışma: Ölən var

ABŞ-da məktəbdə atışma: Ölən var
DÜNYA
13:48 14.08.2021
770
ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində orta məktəbdə atışma baş verib. Bir şagird həlak olub.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

Atışma iki şagird arasında baş verib.

"Oğlanlardan biri digərini vurub. Atəş açan şagird nəzarətdədir. Vəziyyəti araşdırırıq. Təəssüf ki, güllələnən məktəbli öldü”, - deyə yerli polis idarəsindən jurnalistlərə açıqlamada bildirilib.

Saxlanılan məktəblinin 13 yaşı var.

Hazırda atışmaya nəyin səbəb olduğu və yeniyetmənin silahı necə tapdığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR