ABŞ-da meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

ABŞ-da meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edildi
DÜNYA
23:54 04.08.2022
351
ABŞ hökuməti meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın səhiyyə naziri Xavyer Beserra deyib.

"Mən meymunçiçəyi ilə bağlı səhiyyə sahəsində fövqəladə vəziyyəti elan edəcəyəm. Biz virusla mübarizəni növbəti səviyyəyə qaldırmağa hazırıq və hər bir amerikalını meymun çiçəyinə ciddi yanaşmağa çağırırıq”, - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, ABŞ-da 6,6 min şəxs virusa yoluxub.
OXŞAR XƏBƏRLƏR