ABŞ-da müəllim tələbələri cadugərlikdə ittiham edərək namaza qadağa qoyub

ABŞ-da müəllim tələbələri cadugərlikdə ittiham edərək namaza qadağa qoyub
DÜNYA
18:08 11.12.2022
268
ABŞ-ın Florida ştatında müəllim müsəlman tələbələri cadugərlikdə ittiham edərək namaza qadağa qoyub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Üç müsəlman tələbənin namaz qılıb, Quran oxuması müəllimlərdən birinin xoşuna gəlməyib. Qadın tələbələrin diqqətini cəlb etməyə çalışaraq fit çalıb, sonra yaxınlaşaraq onların üzərinə keçib.

Hadisə barədə məktəb rəhbərliyinə məlumat verilib. Şagirdlərə qarşı ayrıseçkilik etdiyi üçün müəllimin işdən çıxarılmasına qərar verilib.
OXŞAR XƏBƏRLƏR