ABŞ-da "omikron" ştamına ilk yoluxma qeydə alındı

ABŞ-da "omikron" ştamına ilk yoluxma qeydə alındı
DÜNYA
23:24 01.12.2021
477
ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni "omikron" ştamına yoluxmuş ilk şəxs qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzlərinin məlumatlarına istinadən məlumat yayıb.

ABŞ-ın baş infeksionisti Antoni Fauçi bildirib ki, noyabrın 22-də Cənubi Afrikadan gələn şəxs özünü təcrid edib, bütün yaxın təmasda olanların testi mənfi çıxıb.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq "Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir.
OXŞAR XƏBƏRLƏR