ABŞ-da polis vətəndaşları döyə-döyə aksiyanı belə dağıtdı - VİDEO

DÜNYA
15:42 15.04.2015
1424

Bununla bağlı sərt tədbirlər görən polis aksiya iştirakçılarını təqib etməyə başlayıb. Almaniyanın Lyubek şəhərində isə polislə aksiyaçılar arasında ciddi toqquşma baş verib.

AZXEBER.COM xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında polis zorakılığı, irqi ayrıseçkilik əleyhinə aksiyalar ən pik həddə çatıb. Nyu-York, Vaşinqton başda olmaqla bütün ştatlarda kütləvi aksiyalar keçirilir. Sosial şəbəkələr vasitəsilə bir araya gələn etirazçılar BMT binası önündən Bruklin körpüsünə doğru yürüş edərək körpünü bağlamağa nail olublar. Aksiyaçılar polisin qaradərililərə qarşı sərt münasibətinin kökündə hökümətin xüsusi tapşırığının dayandığını bildirirlər. Onlar irqi ayriseçkiliyə son qoyulmasını, qaradərililəri insanların gözü qarşısında amansız döyən və xidməti vəzifəsindən sui istifadə edərək onu qətlə yetirən polis əməkdaşlarının həbs edilməsini tələb ediblər. İnterşum Etirazçıların sayının artdığını görən polis əraziyə gələn əlavə qüvvələrin köməkliyi ilə aksiyanı dağıtmağa müvəffəq olub. Aksiyaçıların bir neçəsi həbs edilib. Canını qurtaran bəzi vətəndaşlar isə polisin təqibi ilə üzləşdiklərini bildirirlər.

Almaniyanın Lyubek şəhərində isə aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşma baş verib. G7 ölkələrinin xarici işlər nazirlərinin Lyubek şəhərində keçirilən novbəti iclasına etiraz edən yüzlərlə aksiya iştirakçısı polisin təzyiqinə məruz qalıb. Etirazçıları dağıtmağa çalışan 3500 polis əməkdaşı dəyənək və su şırnaqlarından istifadə edib. Ərazi isə tam olaraq nəzarəti altına alınıb.

Günel

OXŞAR XƏBƏRLƏR