ABŞ-da qandonduran edam

DÜNYA
16:31 30.04.2014
1359
ABŞ-da dərmanla edam edilmək istənilən məhkum 40 dəqiqə müddətində canını tapşıra bilməyib
ABŞ-da dərmanla edam edilmək istənilən məhkum əməliyyatın uğursuz olması səbəbi ilə 40 dəqiqə müddətində canını tapşıra bilməyib.
ANS PRESS-in məlumatına görə, səlahiyyətlilər bildirib ki, 38 yaşındakı Klayton Lokettin Oklahoma əyalət həbsxanasında üç dərmandan ibarət olan məhlulu qəbul etdikdən 10 dəqiqə sonra şüurunu itirib. Ancaq üç dəqiqə sonra Lokett dişlərini qıcayaraq başını şiddətlə yelləməyə başlayıb.
Edamı izləmək üçün salonda olanların ölüm otağında baş verənləri görməməsi üçün həbsxana səlahiyyətliləri pərdələri bağlayıb. Lokettin bir neçə dəqiqə sonra infarktdan öldüyü açıqlanıb.
Lokettin edamından sonra ABŞ-da edam cəzalarında istifadə edilən dərmanlar ilə əlaqədar müzakirələr yenidən qızışıb. Vəziyyətin gərginləşdiyini görən həbsxana Lokettdən iki saat sonra edam edilməsi nəzərdə tutulan Çarles Varnerin cəzasının 14 gün sonra tətbiq edilməsinə qərar verib.
OXŞAR XƏBƏRLƏR