ABŞ-da səkkiz yaşlı uşağa əl nəql edilib

DÜNYA
18:16 02.08.2015
1142

ABŞ-ın Filadelfiya şəhərinin həkimləri nadir orqan köçürmə əməliyyatı gerçəkləşdiriblər.

AZƏRTAC “Spiegel” portalına istinadla xəbər verir ki, Zion Xarvi adlı 8 yaşlı oğlan uşağının hər iki qoluna əl köçürülüb. Beləcə, Xarvi bu əməliyyatda yer alan dünyada ilk azyaşlı pasiyent olub. 40 nəfərlik tibbi personalın iştirak etdiyi cərrahiyyə əməliyyatına plastik cərrah, anestezioloq, ortoped, tibb bacıları və klinikanın digər həkim əməkdaşları da cəlb edilib.

Bildirilib ki, 11 saat davam edən əməliyyatda uşağın sümükləri metal plastik və vintlə bərkidilib, sonra arteriya damarları, vətər və əsəb əzələsi tikilərək birləşdirilib.

Məlum olub ki, Xarvi hələ kiçik yaşında ağır sepsis (qana düşmüş xəstəliktörədici mikroorqanizm) xəstəliyinə tutulub. Nəticədə həkimlər onun əl və ayaqlarının topuq hissəsini amputasiya etməli olublar. Sonradan Xarvinin ayağına protez qoyulub və 4 yaşında ikən ona anasının böyrəyi nəql edilib.

Hazırda 8 yaşlı amerikalı əllərini yenidən hiss edir və barmaqlarını tərpədə bilir.

OXŞAR XƏBƏRLƏR