ABŞ-da silahlı hücum: 3 ölü, 15 yaralı

ABŞ-da silahlı hücum: 3 ölü, 15 yaralı
DÜNYA
11:05 23.03.2025
226
ABŞ-ın Nyu-Meksiko ştatının Las-Krusis şəhərində yerləşən Young Park-da keçirilən tədbir zamanı silahlı insident baş verib. Nəticədə, ikisi 19 yaşında, biri isə 16 yaşında olmaqla üç gənc həyatını itirib, 15 nəfər yaralanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə cümə gecəsi, yerli vaxtla saat 22:00 radələrində Young Park-da baş verib.

Polis rəisi Ceremi Stori-nin verdiyi məlumata görə, iki qrup arasında yaranan mübahisə silahlı silahlı qarşıdurmaya çevrilib.

Yaralananlar 16-36 yaş aralığındadır. Onlardan yeddisi daha ətraflı müalicə üçün El-Paso şəhərindəki xəstəxanalara göndərilib, dördü müalicə olunaraq evə buraxılıb, qalan dörd nəfərin vəziyyəti isə hələlik məlum deyil.


Hadisə ilə əlaqədar hələlik heç kim saxlanılmayıb. Lakin polis, bir neçə ipucu üzərində işlədiklərini və hadisə yerində tapança güllələrinə aid gilizlərin tapıldığını bildirib.

ABŞ, Nyu-Meksiko, Las-Krusis, silahlı insident, Young Park, gənclərin ölümü, yaralılar, polis istintaqı

OXŞAR XƏBƏRLƏR