ABŞ-da silahlı insident - ölən və yaralananlar var

ABŞ-da silahlı insident - ölən və yaralananlar var
DÜNYA
10:43 18.04.2021
419
ABŞ-da atışma olub.

Bu barədə "Report" NBC teleşirkətinə istinadən xəbər verir.

"Məlumata görə, hadisə Ohayo ştatında qeydə alınıb. Kolumbus şəhəri yaxınlığında baş verən atışma zamanı azı 1 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Qeyd edilir ki, anım mərasimi zamanı naməlum şəxs ətrafdakılara atş açıb. İnsidentin digər təfərrüatları açıqlanmır.

Qeyd edək ki, bu, son saatlarda Birləşmiş Ştatlarda baş vermiş ikinci silahlı insidentdir. Daha əvvəl Nebraska ştatının Omaxa şəhərində də atışma olub.
OXŞAR XƏBƏRLƏR