ABŞ-da təbii fəlakət qurbanlarının sayı artır

ABŞ-da təbii fəlakət qurbanlarının sayı artır
DÜNYA
03:38 13.12.2021
428
ABŞ-ın Kentukki ştatında təbii fəlakət qurbanlarının sayı artıb.

Ştatın qubernatoru Endi Beşir qasırğa nəticəsində ştatda azı 80 nəfərin öldüyünü bildirib.

"Aldığım hesabatlara əsasən deyə bilərəm ki, 80-dən çox Kentukki sakinini itirmişik”,-deyə Beşir CNN-ə müsahibəsində bəyan edib.

O, bölgədəki tornadoda ölənlərin sayının 100-ü keçəcəyini təxmin edib.
OXŞAR XƏBƏRLƏR