Qazaxıstan narkotikə görə cəzanı ömürlük həbsə yüksəltdi

Qazaxıstan narkotikə görə cəzanı ömürlük həbsə yüksəltdi
DÜNYA
01:54 03.01.2025
346

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev narkotik vasitələrin istehsalı, eləcə də vəzifəli şəxslər tərəfindən hazırlanması, emalı və istehsalına görə məsuliyyəti sərtləşdirən qanunu imzalayıb.

AZXEBEr.COM xəbər verir ki, bu haqda Qazaxıstan KİV-ləri məlumat yayıb.

"Qazaxıstan Respublikasının narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, prekursorların və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun çərçivəsində bu cür cinayətlərə görə təqsirli şəxslərə əmlakı müsadirə edilməklə 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.

Qanunla həmçinin vəzifəli şəxslərin narkotiklərin yayılmasına görə daşıdığı cinayət məsuliyyəti sərtləşdirilib. Əgər əvvəllər bu cinayətlərə görə onlara əmlakı müsadirə edilməklə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası təyin edilirdisə, indi onlar üçün əmlakı müsadirə edilməklə 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bununla yanaşı, narkokuryerlər üçün cəzalar bir qədər yüngülləşdirilib. Bu cür cinayətin ilk dəfə ağırlaşdırıcı hallar olmadan törədilməsinə görə əmlak da müsadirə edilməklə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub (əvvəllər əmlak müsadirə edilməklə 5 ildən 10 ilədək). Cəzanın yüngülləşdirilməsinin səbəbi əksəriyyətinin yeniyetmələr və gənclər olduğu narkokuryerlərin narkotikləri bilavasitə özləri hazırlamaması və emal etməməsi, habelə çox vaxt narkotiklərin qanunsuz dövriyyəsinin təşkilatçıları tərəfindən öz cinayətkar məqsədləri üçün istifadə olunmasıdır.

Lakin cinayətin təkrar törədilməsi əmlak müsadirə edilməklə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et