ABŞ-da üçüncü doza ilə vaksinləmə planlaşdırılır

ABŞ-da üçüncü doza ilə vaksinləmə planlaşdırılır
DÜNYA
10:13 17.08.2021
632
ABŞ administrasiyası ölkə vətəndaşlarına ilk iki komponentlə peyvəndləmədən 8 ay sonra üçüncü - buster dozası ilə vaksinləməni tövsiyə etməyi planlaşdırır.

Bu barədə "The New York Times” qəzeti məlumat yayıb.

Məlumata görə, yaxın günlərdə əlavə tədbirlərin tətbiqi bəyan ediləcək. Güman edilir ki, "BioNTech” və "Pfizer” konsorsiumunun, həmçinin "Moderna” şirkətinin preparatları ilə peyvənd olunmuş ABŞ vətəndaşlarına infeksiyanın delta ştamından qorunmaq üçün üçüncü doza vaksin vurdurmaq tövsiyə olunacaq.

Buster dozası ilə peyvəndləməyə sentyabr ayının ortalarında və ya sonlarında başlanacağı gözlənilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR