ABŞ-da yaşayan azərbaycanlı COVID-19-dan öldü

ABŞ-da yaşayan azərbaycanlı COVID-19-dan öldü
SOSİAL
12:30 27.06.2020
1836
ABŞ-ın Nyu-York şəhərində koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı, 1968-ci il təvəllüdlü Hüseynov Sakit Hüseyn oğlu vəfat edib.

Əslən Azərbaycanın Naxçıvan şəhərindən olan Rusiya vətəndaşı S.Hüseynov ötən gün yatdığı xəstəxanada dünyasını dəyişib.

Onu birlikdə yaşadığı ailəsinin razılığı ilə koronavirusdan dünyasını dəyişənlər üçün nəzərdə tutulmuş qaydada Nyu-Yorkda dəfn ediblər.
 
///Report
OXŞAR XƏBƏRLƏR