ABŞ-də zəlzələ baş verdi

DÜNYA
10:06 13.08.2024
146
ABŞ-da 4,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Kaliforniya ştatında yeraltı təkanlar yerli vaxtla saat 19:20-də qeydə alınıb. Zəlzələnin episentri Los-Ancelesdən 6,6 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib. Onun vurduğu tələfat və dağıntılar barədə məlumat verilmir.

Avqustun 13-də Sakit okeanda Kuril adaları sahillərində də zəlzələ baş verib. Onun maqnitudası 4,6 olub. Zəlzələnin episentri Şikotan adasının Kuril adasında yerləşən Malokurilskoye kəndindən 92 kilometr cənubda yerləşib.
OXŞAR XƏBƏRLƏR