ABŞ-da ziyafətdə atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-da ziyafətdə atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb
DÜNYA
23:21 29.03.2025
312
ABŞ-da Vaşinqton ştatının Takoma şəhərində ziyafətdə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə "ABC News” məlumat yayıb.

"Polisə zəng edərək küçədə dava olduğunu bildiriblər. Polis gələnə yaxın atəş səsləri eşidilib”, - məlumatda deyilir.
 
Atışma baş verən ərazidə polis ölmüş gənc və beş yaralı aşkarlayıb, onlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR