ABŞ daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib

ABŞ daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib
DÜNYA
23:53 10.09.2021
1649
ABŞ bu gün daha 21 vətəndaşını Əfqanıstandan təxliyə edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn məlumat verib.

Onun sözlərinə görə, ABŞ vətəndaşlarından 19-u çarter reysi ilə, daha 2-si isə quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə aparılıb.

Bununla yanaşı, ABŞ-da yaşamaq icazəsi olan 13 nəfər Əfqanıstanı tərk edib.

Horn əlavə edib ki, davam edən terror təhlükəsi səbəbindən ABŞ rəhbərliyi müxtəlif yollarla və fərqli nöqtələrdən Əfqanıstandan təxliyəni davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR