ABŞ daha bir təşkilatı terrorçular siyahısına saldı

DÜNYA
10:52 20.12.2013
875
ABŞ, Livandakı siyasi təşkilatlardan birinin üzvünü və Əlcəzairdə həyata keçirilən hücuma görə məsuliyyət daşıyan təşkilatı terrorçuların siyahısına salıb.ABŞ Xarici işlər nazirliyi, Üsamə Əmin əl-Şibabi adlı bir şəxsə və "Əl-Mulathamun Taboru" adlı təşkilata maddi və digər dəstəyin təmin edilməsini qadağan edən qərar qəbul edib.Nazirliyin yaydığı müraciətində, təşkilatın və Əl-Şibabi'nin Amertikadakı bütün mülklərinin müsadirə edilməsini və banklardakı hesablarının dondurulmasını tələb etdiyi qeyd olunur.Qeyd edək ki, 2012-ci ilin sonunda müstəqil təşkilat kimi yaranan "Əl-Mulathamun Taboru"nun Əlcazairdə qaz anbarına həyata keçirdiyi hücum zamanı 3-ü Amerika vətəndaşı olmaqla, 40-a yaxın adam həlak olmuşdu.

OXŞAR XƏBƏRLƏR