"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

DÜNYA
22:10 17.10.2021
252
"Qarabağ ətrafında münaqişənin həllinə dəvət olunmadıqlarından inciyən amerikalılar Azərbaycan və Ermənistan liderlərinin Moskvada razılaşdıra bildikləri sistemi dəyişməyə, daha doğrusu, məhv etməyə çalışırlar".
 
Bu sözləri AzVision.az-a «Arxont» elmi jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin deyib.
 
Bredixinin fikrincə, amerikalılar ərazi problemlərinin həlli məsələsində ən effektsiz menecer kimi tanınırlar. "60 ildən çoxdur ki, İsraillə Fələstin arasındakı münaqişənin həlli üçün müxtəlif rütbəli və səviyyəli amerikalı məmurların öz təkliflərini verdiklərini müşahidə edirik. Amerikanın hər yeni prezidenti bu yöndə yeni proqramını təklif edir. Hələ aşağı səviyyəli məmurları demirəm. Prinsip etibarilə, amerikalılar Dağlıq Qarabağ üçün status yaratmağa, yəni onu Azərbaycanın və Ermənistanın əraziləri və ümumiyyətlə, bu dövlətlərin qarşılıqlı əlaqələri çərçivəsindən kənara çıxarmağa çalışırlar. Çox güman ki, bu, amerikalıların Qarabağda indikindən fərqli sərhədlərə malik müstəqil respublika yaratmaq istəyindən xəbər verir»,- Anton Bredixin deyib.

Rusiyalı politoloqa görə, amerikalılar artıq mövcud olan nümunədən istifadə etmək istəyirlər: Onlar Balkanlarda Kosovonun timsalında həyata keçirilmiş modeli Qafqaza da şamil edə bilərlər. Yeri gəlmişkən, Avropa ərazisində Amerikanın böyük hərbi bazası rolunu oynayan Kosovo ABŞ-ın qanadı altında həm də Avropada narkotrafikin paylanışı və insan orqanlarının satışı regionuna çevrilib. İstisna deyil ki, Qarabağa da belə tale hazırlamaq istəyirlər.

Anton Bredixin ABŞ-ın Ermənistandakı səfirinin həmin ölkədə bir sıra ictimai təşkilatların bələdçisi keyfiyyətində çıxış etdiyini vurğulayır. Onun fikrincə, bu baxımdan, İkinci Qarabağ müharibəsində və ondan sonra Ermənistandakı qərbyönümlü QHT-lərin fəallaşması və ABŞ-ın onları maksimum dərcədə səfərbər etmək cəhdi təsadüfi deyil. Bu qüvvələr həm də Dağlıq Qarabağa statusun verilməsi tələbi ilə çıxış edəcəklər.

- Deyəsən, bütün anqlo-sakson dünyası da bu istiqamətdə fəallaşacaq. Bu dünyanın subyektləri olan ABŞ və Avstraliyanın bəzi ştatları Dağlıq Qarabağın müstəqilliyini artıq tanıyıblar. Buna görə də gələcəkdə həmin ştatların bəzi qubernatorlarının Dağlıq Qarabağa statusun verilməsi, onun Bakı ilə İrəvan münasibətləri çərçivəsindən kənara çıxarılması və Dağlıq Qarabağın yeni statusda ABŞ-ın regionda etibarlı forpostu keyfiyyətində çıxış edəcəyi barədə bəyanatlarını eşitsəm, təəccüblənmərəm. Sözsüz ki, Linn Treysi Rusiya, Türkiyə və Azərbaycan qoşunları əvəzinə gələcəkdə Dağlıq Qarabağ ərazisində ABŞ və NATO qoşunlarının yerləşdirilməsini istəyərdi»,- Anton Bredixin fikrini tamamlayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:24 29.11.2021

İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib

01:52 29.11.2021

Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

00:32 29.11.2021

Türkiyədə ötən gün koronavirusdan 213 nəfər ölüb

00:01 29.11.2021

Seyid İbrahim Rəisi: “Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür”

23:51 28.11.2021

İran Prezidenti: “Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”

23:40 28.11.2021

Tovuzda ölümlə nəticələnən qəza baş verib

23:17 28.11.2021

Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü

22:57 28.11.2021

İsraildə omikron ştammına yoluxanları kəşfiyyat izləyəcək

22:50 28.11.2021

Ekspertlər iqtisadi əməkdaşlıq təşkilatının regiona müsbət təsirindən danışdı – VİDEO

22:45 28.11.2021

Omikron ştammı digər növlərdən daha yoluxucudur? - ÜST-dən açıqlama

22:39 28.11.2021

Saakaşviliyə yeni diaqnoz qoyuldu

22:15 28.11.2021

İran turistlər üçün vizaların verilməsini bərpa edir

21:55 28.11.2021

Qax sakinlərindən örnək addım – VİDEO

21:49 28.11.2021

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatdı

21:43 28.11.2021

İlham Əliyev: “Bundan sonra İranla əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”

21:36 28.11.2021

İlham Əliyev Aşqabadda Rəcəb Tayyib Ərdoğanla görüşüb