ABŞ Konqresi Putini qəzəbləndirən qərar verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi fasiləsiz davam edərkən ABŞ-dan Putini qəzəbləndirəcək və müharibənin gedişatını dəyişdirəcək mühüm addım atılıb.
Belə ki, ABŞ Konqresi Ukraynaya ən böyük yardım paketini təsdiqləyib. Hərbi, iqtisadi və humanitar yardımları əhatə edən 40 milyard dollarlıq yardım paketi mayın 10-da Nümayəndələr Palatasında təsdiqləndikdən sonra Senatda 86 əleyhinə 11 səslə təsdiqlənib.
Bildirilib ki, bu yardım ukraynalıların qələbə qazanmasına kömək edə bilər:
"Bu, böyük bir paketdir və yaşamaq üçün mübarizə aparan Ukrayna xalqının böyük ehtiyaclarını qarşılayacaq. Bu yardım ukraynalıların qələbə qazanmasına kömək edə bilər”.
Yardım paketinə 6 milyard dollar təhlükəsizlik yardımı, Ukraynaya göndərilən ABŞ avadanlıqlarının ehtiyatlarının artırılması üçün 8,7 milyard dollar, ABŞ hərbi Avropa Komandanlığının əməliyyatları üçün 3,9 milyard dollar daxildir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan ABŞ-ın Ukraynaya yardımı 50 milyard dolları ötüb.
Ayşən