ABŞ-dan Rusiyada səfərbərlik elan edilməsinə - SƏRT REAKSİYA

ABŞ-dan Rusiyada səfərbərlik elan edilməsinə - SƏRT REAKSİYA
DÜNYA
14:54 21.09.2022
324
"Ukraynanın işğal olunmuş ərazilərində "referendumlar” və Rusiya Federasiyasında səfərbərlik qərarı Rusiyanın zəifliyi və uğursuzluğunun əlamətləridir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink öz Twitter səhifəsində yazıb.
 
"Saxta referendumlar və səfərbərlik Rusiyanın zəifliyi və uğursuzluğunun əlamətidir. ABŞ Rusiyanın guya ilhaq edilmiş Ukrayna ərazisinə dair iddialarını heç vaxt tanımayacaq və biz Ukraynanı dəstəkləməyə davam edəcəyik" deyə o yazıb.
 
Xatırladaq ki, Rusiya prezidenti Putin Rusiyada qismən səfərbərlik elan edib. Müraciətində o, həmçinin dünyanı nüvə silahı ilə hədələyib. 

OXŞAR XƏBƏRLƏR