ABŞ-dan Rusiyaya xəbərdarlıq: "Artıq sanksiyalar paketi hazırdır"

ABŞ-dan Rusiyaya xəbərdarlıq: "Artıq sanksiyalar paketi hazırdır"
Siyasət
15:45 19.02.2022
531
ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiyaya xəbərdarlıq edib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO müttəfiqlərinin Kremlə qarşı ciddi sanksiyalar paketi hazırladığını diqqətə çatdırıb.

"Rusiya dialoq üçün imkanlar pəncərəsini daraltmağa davam edir. O, buna hazır olduğunu deyir. Əgər Moskva bu ritorikanı davam etdirərsə, biz Moskvaya ciddi sanksiyalar tətbiq edəcəyik. Artıq sanksiyalar paketi hazırlamışıq. Onlar kifayət qədər sərtdir”, - vitse-prezident vurğulayıb.
OXŞAR XƏBƏRLƏR