xari

ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama

SAĞLAMLIQ
19:30 10.04.2021
293
ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirusa qarşı "JohnsonJohnson” peyvəndi ilə tromb yaranması arasında əlaqə görmür.

Bu barədə "New York Times” xəbər yayır.

"Hazırda peyvəndlərlə trombozun əlaqəsini tapmadıq və bu halları araşdırmağa və qiymətləndirməyə davam edirik”, - deyə FDA-dan bildirilib.

Qeyd olunur ki, araşdırmalar üçün lazım olan məlumatlar Avropa Dərman Agentliyinə (EMA) təqdim edilib.

"JohnsonJohnson” şirkətindən də vaksinasiya ilə tromboz arasında heç bir əlaqə olmadığı bildirilib.

Xatırladaq ki, ABŞ-da "JohnsonJohnson” dərman şirkətinin iki kütləvi peyvənd mərkəzi vaksinasiya olunmuş vətəndaşlarda müəyyən edilən mənfi reaksiyalar səbəbi ilə müvəqqəti bağlanıb.

OXŞAR XƏBƏRLƏR