ABŞ-də mamont növlərindən olan nəhəng Mastodonun qalıqları aşkar edilib.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, arxeoloqlar Ayova ştatında yaxşı qorunmuş ilk mastodon kəlləsi aşkar ediblər.
Ehtimal olunur ki, qalıqlar ilk insanların bölgədə yaşadığı və ovla məşğul olduğu dövrə aiddir. Çay yatağında 13600 illik tarixə malik mastodonun bir neçə bədən və nəhəng kəllə sümüyü tapılıb.
Komanda, həmçinin mastodon kəlləsindən bir neçə min il əvvələ aid olan ovlanmaq üçün istifadə olunan daş alətlər tapıb. Bu da heyvanın minillər öncə insanlar tərəfindən qidalanmaq məqsədilə öldürüldüyünü deməyə imkan verir.
Qeyd edək ki, Mastodonlar müasir fillərin və nəsli kəsilmiş mamontların uzaq qohumlarıdır. Onlar Şimali Amerikada 3,5 milyon ilə 10,500 il əvvəl yaşayıblar.
Aysel