ABŞ-də 22 nəfəri güllələyən şəxs silah ustası olub

ABŞ-də 22 nəfəri güllələyən şəxs silah ustası olub
DÜNYA
09:19 26.10.2023
213
ABŞ-də dəhşətli cinayəti törədən şəxs silah ustası olub.

Men ştatının polisi Robert Kardı Lyuiston şəhərində 22 nəfəri öldürməkdə, 60 şəxsi yaralamaqda təqsirləndirsə də, onu şübhəli şəxs qismində tanımağa hələ hazır olmadığın açıqlayıb.

Birləşmiş Ştatlar KİV-ləri isə R. Kartın silah ustası olduğunu və psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini yazır.

Digər bir məqam isə odur ki, Robert Kard əvvəllər buna bənzər cinayətə əl atacağı ilə bağlı təhdidləri dilinə gətirib.
OXŞAR XƏBƏRLƏR