ABŞ-də 333 mindən çox ev və müəssisə işıqsız qalıb

ABŞ-də 333 mindən çox ev və müəssisə işıqsız qalıb
DÜNYA
01:44 19.12.2025
138
Güclü qasırğalardan sonra ABŞ-nin Sakit Okean sahillərində və Qayalı dağlar bölgəsində da 333 mindən çox ev və müəssisənin elektrik enerjisi kəsilib.

Bu barədə "Reuters" məlumat yayıb.

Zərərçəkən müəssisələr arasında Kolorodadakı "Xcel Energy" və Vaşinqtondakı "Puget Sound Energy"nin müştəriləri də var.

"Xcel Energy"dən bildiriblər ki, ziyanın qiymətləndirilməsi və elektrik təchizatının bərpası məqsədilə Koloradonun müxtəlif rayonlarına komandalar göndərilib.

"PowerOutage"ın məlumatıma görə, hazırda 321 mindən çox ev işıqsız qalıb.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR