ABŞ-də altıncı nəsil qırıcı təyyyarənin istehsalına başlanıb

ABŞ-də altıncı nəsil qırıcı təyyyarənin istehsalına başlanıb
DÜNYA
06:17 23.09.2025
184
ABŞ-nin "Boeing" şirkəti yeni altıncı nəsil F-47 qırıcı təyyarəsinin ilk prototipinin istehsalına başlayıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The War Zone" məlumat yayıb.

Məlumata görə, qırıcının ilk sınaq uçuşu 2028-ci ilə planlaşdırılıb.

ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Devid Alvin proqramın sürətləndirilmiş templə irəlilədiyini bildirib.

ABŞ Hərbi Hava Qüvvələri bu təyyarələrdən ən azı 185-ni əldə etməyi planlaşdırır. Hər təyyarənin təxmini dəyəri 300 milyon dollardan çoxdur.
OXŞAR XƏBƏRLƏR