ABŞ-də Baydenə kəskin etirazlar çoxalır: Başqa namizəd irəli sürməli idilər

ABŞ-də Baydenə kəskin etirazlar çoxalır: Başqa namizəd irəli sürməli idilər
DÜNYA
13:18 03.07.2024
113
ABŞ-də keçirilən kütləvi sorğulara görə əhalinin 75 faizi Demokrat Partiyasının Co Baydendən başqa namizəd irəli sürməli olduğunu düşünür.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, CNN-in keçirdiyi sorğuya əsasən, iştirakçıların 49 faizi Respublikaçılar Partiyasının namizədi, ABŞ-nin keçmiş prezidenti Donald Trampı, 43 faizi isə Demokratlar Partiyasının namizədi Baydeni dəstəklədiyini bildirib.
 
Digər tərəfdən, sorğunun nəticələri göstərib ki, iştirakçıların 34 faizi prezident kimi Baydeni bəyənib, 58 faizi isə onu prezidentliyə uyğun görməyib. 
 
Bəzi tərəfdarlar Baydenin prezidentlik yarışından çəkildiyini bu həftə elan etməli olduğunu bildiriblər.

Qeyd edək ki, Donald Trampla teledebata çıxan Bayden yaşı ilə bağlı narahatlıqları artıran bir performans nümayiş etdirib və proqramdan sonra sıx tənqidlərə məruz qalıb.
 
Baydenə Demokrat Partiyasından və onu dəstəkləyən bəzi media qurumlarından prezident seçkilərindən geri çəkilməyə çağırış edilib. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR