ABŞ-də ədviyyatlı çipsləri yedikdən sonra gözlənilmədən ölən 14 yaşlı oğlanın həddindən artıq acı bibər yeməkdən öldüyü müəyyən edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də ədviyyatlı çipslərin səbəb olduğu ölüm aktual mövzuya çevrilib.
Məlumata görə, "Paqui" şirkətinin istehsal etdiyi çox ədviyyatlı çipsləri yedikdən qısa müddət sonra xəstələnən uşaq "yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması" nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, uşaqda ürək və ürək əzələ zolağının da böyüməsi olub.
Gülay