ABŞ-də "Əsrin çovğunu": Ölənlərin sayı durmadan artır

ABŞ-də "Əsrin çovğunu": Ölənlərin sayı durmadan artır
DÜNYA
14:01 19.01.2024
190
ABŞ-da güclü qar fırtınası nəticəsində azı 41 nəfər ölüb.
    
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, təkcə Tennessi ştatında soyuq hava ilə əlaqədar 14 nəfərin öldüyü açıqlanıb.

ABŞ rəsmiləri yanvarın 12-dən bəri Arkanzas, İllinoys, Kanzas, Missisipi, Nyu-York, Oreqon, Pensilvaniya, Tennessi və Viskonsin ştatlarında qütb soyuqluğundan ən azı 41 nəfərin öldüyünü açıqlayıb.

Tennessi ştatının səhiyyə rəsmiləri ölüm faktını təsdiqləyib və fırtınanın yüzlərlə yol qəzasına da səbəb olduğunu bildiriblər.

"Bu fırtına əsrlər boyu davam edəcək bir qar fırtınasıdır. Bu, mütləq əsrin qar fırtınasıdır", - deyə Nyu-York valisi Kathy Hochul mətbuat konfransında deyib.
  
Vaşinqton ştatında da ölkə daxilində temperaturun donma nöqtəsindən xeyli aşağı düşdüyü dörd gün ərzində hipotermiya səbəbiylə 5 nəfərin öldüyü açıqlanıb.
 
Pensilvaniyanın şimal-şərqində avtomobilin sürüşməsi nəticəsində baş verən qəzada 5 nəfər ölüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR