ABŞ-də fabrikdə partlayış: 2 nəfər öldü, 9 nəfər itkin düşdü - VİDEO

ABŞ-də fabrikdə partlayış: 2 nəfər öldü, 9 nəfər itkin düşdü - VİDEO
DÜNYA
10:28 25.03.2023
172
ABŞ-nin Pensilvaniya ştatında güclü partlayış baş verib. 

Uest-Reading şəhərində yaşanan bədbəxt hadisə "R.M. Palmer Company" şirkətinin şokolad fabrikində qeydə alınıb. 

Şahidlər fabrikdən gələn partlayış səsini eşitdiklərini və qısa müddət sonra alov gördüklərini bildiriblər.

Partlayış baş verən ünvana yanğınsöndürənlər cəlb edilib. Hadisə nəticəsində ətrafdakı yaşayış binasına ziyan dəyib. Güclü partlayışda 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Uest-Reading polisinin məlumatına görə, 9 sakin itkin düşüb. 

OXŞAR XƏBƏRLƏR