ABŞ-də helikopter qəzası nəticəsində dörd hərbçi həlak olub

ABŞ-də helikopter qəzası nəticəsində dörd hərbçi həlak olub
DÜNYA
10:47 20.09.2025
164
"MH-60 Black Hawk" helikopterinin Vaşinqton ştatındakı Luis-Makkord bazası yaxınlığında qəzaya uğraması nəticəsində ABŞ ordusunun dörd əsgəri həlak olub.

AZXEBER.COM xəbər verir ki, insident adi təlim tapşırığı zamanı baş verib.

Ölən əsgərlər gecə tapşırıqları yerinə yetirən 160-cı aviasiya alayının tərkibində xidmət ediblər.

Qəzanın səbəbi araşdırılır, həlak olanların adları daha sonra açıqlanacaq.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR