ABŞ-nin Tennessi ştatında "Accurate Energetic Systems" hərbi təyinatlı partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.
Hadisə nəticəsində bir neçə nəfər həlak olub, ölənlərin dəqiq sayı açıqlanmayıb.
Məlumata görə, azı 13 nəfər itkin düşüb.
Partlayışın səbəbi hələ məlum deyil. Mütəxəssislər davam edən partlayışlar səbəbindən zavoda dərhal daxil ola bilməyiblər.
/Oxu.az