AZXEBER.COM xəbər verir ki, bu barədə "Oklahoma's News 4” telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Marta Lillard 1953-cü ildə — ölkədə poliomielit (uşaq iflici) əleyhinə peyvəndin geniş yayılmasından cəmi iki il əvvəl bu xəstəliyə yoluxub. Həmin vaxt amerikalı qadının cəmi 5 yaşı var idi.
Tam 73 il boyunca Martanın həyatı "dəmir ciyər” adlanan xüsusi süni tənəffüs aparatı vasitəsilə qorunub. İlk vaxtlar o, günün 23 saatını aparatın içində keçirsə də, səhhətinin nisbətən yaxşı olduğu illərdə cihazdan yalnız yatarkən istifadə edib. Lakin son səkkiz ayda amerikalı qadın sutka ərzində fasiləsiz olaraq aparatın daxilində qalmağa məcbur olub.
"Vəfatından sonra Lillard aparatdan çıxarıldı və o, 73 ildə ilk dəfə "dəmir ciyər”in xaricində əbədi hüzura qovuşdu”, - deyə nəşrdə vurğulanır.
//qafqazinfo











































