ABŞ rəsmiləri Texas və Kanzas ştatlarında inəklərdən alınan süd üzərində aparılan testlərin quş qripi üçün müsbət çıxdığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər quş qripi üçün müsbət nəticə verən inəklərin karantinə alındığını və iki-üç həftə ərzində sağaldığını bildirib.
Texas Heyvan Sağlamlığı Komissiyası Texas və Kanzas ştatlarında inəklərdə yorğunluq, iştahsızlıq və laktasiya problemlərinin müşahidə edildiyini, südlərinə tətbiq edilən testlərin quş qripi üçün müsbət çıxdığını bildirib.
Heyvan Sağlamlığı Komissiyası quş qripinə yoluxmuş inəklərdən alınan südün məhv edildiyini və inəklərin karantində saxlanıldığını və iki-üç həftə ərzində sağaldığını bildirib.
"ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, kommersiya südünün tədarükü təhlükəsizdir və insanlar üçün risk azdır. Süd təsərrüfatlarından yalnız sağlam heyvanların südünün qidaya daxil olmasına icazə vermələri tələb olunur və xəstə heyvanların südü başqa istiqamətə yönəldilir" - deyib.
Mikayıl