ABŞ-də inflyasiya rəqəmləri açıqlandı

ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
DÜNYA
17:43 12.08.2025
218
ABŞ-da inflyasiya gözləntilərdən aşağı düşərək aylıq 0,2% təşkil edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də iyul ayında aylıq inflyasiya 0,2% təşkil edərək əvvəlki ayın (0,3%) altında qalıb. İllik inflyasiya isə 2,7% səviyyəsində sabit qalıb, halbuki gözləntilər 2,8% idi.

Qida və enerji qiymətləri istisna olunmaqla hesablanan əsas inflyasiya aylıq 0,3%, illik isə 3,1% olub.

Avtomobil və ikinci əl nəqliyyat vasitələrində qiymət artımı iyunda 0,55% olduğu halda, iyulda 0,22%-ə enib. Enerji qiymətləri isə aylıq 1,1%, illik 1,6% azalıb.

İnflyasiyanın zəifləməsi Fed-in 2%-lik hədəfinə yaxınlaşma kimi qiymətləndirilib. Bu da ABŞ birjalarında fyuçers müqavilələrinin dəyər qazanmasına səbəb olub.

Dollar indeksi 0,31% geriləyib, avro/dollar məzənnəsi 0,20% artıb. Dollar/TL məzənnəsində isə dəyişiklik müşahidə edilməyib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR