ABŞ-nin Kolumbiya Universitetinin tələbələri tərəfindən nəşr olunan "Columbia Law Review" jurnalının internet saytı bağlanıb.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, buna səbəb jurnalın idarə heyəti tərəfindən təzyiqə məruz qaldığı olub.
Universitetin tələbələri İsraili Qəzzada soyqırım törətməkdə günahlandırıb.
Məqalə dərc edildikdən sonra fakültənin professor-müəllim heyəti və direktorlar şurası jurnalın saytına girişi bloklayıb.
Məqalənin müəllifi Eghbariah mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, saytın bağlanması "ABŞ-də kollec şəhərciklərində görülən genişmiqyaslı avtoritar repressiyaların kiçik bir hissəsi” kimi qəbul edilməlidir.
ABŞ-dəki "The Harvard Law Review" jurnalının 24 noyabr 2023-cü ildə Eqbariyadan tələb etdiyi Qəzzada 7 oktyabr 2023-cü il tarixindən sonrakı vəziyyətlə bağlı məqaləni dərc etməmək qərarına gəldiyi açıqlanıb.
Kolumbiya Universitetində Fələstinə dəstək verən tələbələr məktəb rəhbərliyinin İsrailin Qəzzada hücumlarını və işğalını dəstəkləyən şirkətlərə davam edən maliyyə sərmayələrinə etiraz etmək üçün aprelin ortalarında şəhərcik bağçasında oturaq etiraz aksiyasına başlayıblar.
Kolumbiya Universitetindəki nümayişlər 7 oktyabr 2023-cü il tarixindən sonra ABŞ-dakı universitetlərdə fələstinli tələbələrə qarşı başlayan "ifadə azadlığı” məhdudiyyətləri ilə bağlı müzakirələrə səbəb olarkən, ölkə daxilində digər universitetlərə də yayılan nümayişlərdə təxminən 3 min adam nəzarətə alınıb.
Qeyd edək ki, ABŞ-dəki nümayişlər daha sonra qlobal xarakter alıb, sürətlə Avropa və dünya universitetlərinə yayılıb.