ABŞ-də kişi və qadın 100 yaşında evləndilər

ABŞ-də kişi və qadın 100 yaşında evləndilər
DÜNYA
08:49 24.05.2024
175

Yaşlarının çox olmasına baxmayaraq ABŞ-də evlənməyə qərar verən cütlük gündəm olub.

AZXEBER.COM xəbər verir ki, 100 yaşlı Berni Littman və 102 yaşlı Marjorie Fiterman qocalar evində ailə qurublar. 

Littmanın nəvəsi Sarah Siçerman bu evlilik yaşının rekord olduğunu düşündükləri üçün Ginnesin Rekordlar Kitabına müraciət etdiklərini bildirib. 

Babasının musiqiçi olduğunu və 65 il evli olduğunu bildirən Siçerman onun həyat yoldaşının ölümündən sonra qocalar evinə köçdüyünü və Fitermanla orada tanış olduğunu bildirib.

Toy Pensilvaniya ştatının Filadelfiya şəhərində baş tutub. 

Littman ilə 102 yaşlı Fiterman arasındakı münasibətin 9 ildir davam etdiyini izah edən Siçerman deyib: 

"Babam evlənmək istədiyini deyərək bizi təəccübləndirdi. Qısa mərasim təşkil edə bilərik dedik, amma o, israrla toy etdi və evləndilər.”

Ayşən

 

 


OXŞAR XƏBƏRLƏR