ABŞ-nin Texas ştatında mühacir olan ailənin 11 yaşlı qızının immiqrasiya statusuna görə intihar edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "Gainesville"də fəaliyyət göstərən "Meador Funeral Home"un internet saytında verilən elanda Jocelynn Rojo Carranza adlı qızın fevralın 8-də ailəsi ilə birlikdə olarkən öldüyü qeyd edilib.
Anası deyib ki, qızı immiqrasiya statusuna görə məktəb yoldaşları tərəfindən lağa qoyulduqdan sonra intihar edib.
Məktəb rəhbərliyinin səhlənkarlıq etdiyini deyən ana ədalət istədiyini deyib.
Qeyd edək ki, qızın ölümü Tramp adminstrasiyasının ABŞ-də qeyri-qanuni yaşayan insanları deportasiya etmək üçün səylərini gücləndirdiyi bir vaxtda baş verib.
Mikayıl