ABŞ-də parad zamanı atışma olub, yaralananlar var

ABŞ-də parad zamanı atışma olub, yaralananlar var
DÜNYA
22:33 26.08.2023
254

ABŞ-nin Massaçusets ştatının Boston şəhərində Karib dənizi mədəniyyətinə həsr olunmuş parad zamanı atışma olub, hadisə nəticəsində azı 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə CNN yerli polisə istinadən məlumat yayıb.

Zərərçəkənlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Polis bir neçə nəfəri saxlayıb və onlardan odlu silahlar müsadirə edilib./report

OXŞAR XƏBƏRLƏR