ABŞ-də qasırğa kabusu: Ölənlərin sayı durmadan artır

ABŞ-də qasırğa kabusu: Ölənlərin sayı durmadan artır
DÜNYA
14:55 27.05.2024
160
ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 18-ə çatıb. 

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ-nin Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarını təsir edən qasırğada həyatını itirənlərin sayı 18-ə yüksəlib. 

Texas qubernatoru Greg Abbott Valley View şəhərində verdiyi mətbuat şərhində, sürəti saatda təxminən 217 kilometrə çatan fırtına nəticəsində təxminən 100 nəfərin yaralandığını və 200-dən çox strukturun zədələndiyini bildirib. 

Səlahiyyətlilər fırtınada həyatını itirənlərin sayının Arkanzasda 8, Texasda 7, Oklahomada 2 və Kentukkidə bir nəfərin ölümü ilə 18 nəfərə yüksəldiyini açıqlayıb. 

Ölənlərin sayının artacağını gözləmədiklərini və Texasda heç kimin itkin olmadığını ifadə edən Qubernator Abbott, hər ehtimala qarşı qrupların bir daha axtarış apardığını qeyd edib.

Arkanzas və Missuri ştatlarında 170 mindən çox ev təsərrüfatları şiddətli fırtına və hava şəraiti səbəbindən elektrik enerjisi ala bilməyib, Texas və Oklahoma ştatlarında isə təxminən 30 min ailə elektrik enerjisi kəsilib. Kentukki qubernatoru Andy Beshear X sosial media platformasında verdiyi açıqlamada şiddətli hava şəraitindən təsirlənənlərin ehtiyac duyduqları mənbələrə çıxışını təmin etmək üçün fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. 

Yeni məlumatlar çatdırmağa davam edəcəyini bildirən Beşər, "Hər zaman etdiyimiz kimi bunun da öhdəsindən birlikdə gələcəyik”, - deyib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR