ABŞ-də qatarda qorxunc anlar: Sərnişinlər tüstüdən zəhərləndilər

ABŞ-də qatarda qorxunc anlar: Sərnişinlər tüstüdən zəhərləndilər
DÜNYA
13:36 05.08.2025
182
ABŞ-nin Nyu-York və Nyu-Cersi ştatlarını birləşdirən şəhərlərarası sərnişin qatarında yanğın baş verib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində qatardakı 13 sərnişin tüstüdən zəhərlənib.
 
Zəhərlənənlərdən 9-u müalicə üçün xəstəxanaya yerləşdirilib.
 
Alovlar içində qalan sərnişinlər qorxu dolu anlar yaşayıblar.

Rəsmilər alovların ilk olaraq Nyu-Cersi ştatının Cersi Siti şəhərindəki Nyuport stansiyasında baş verdiyini bildiriblər.

Yanğının baş vermə səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR