Bu barədə "The Hill" məlumat yayıb.
Nümayəndələr Palatasının Reqlament Komitəsi hökumətin fəaliyyətinin əlavə maliyyələşdirilməsi haqqında qanun layihəsinə baxmaq üçün bazar ertəsi toplanmalıdır.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bazar günü "Fox News"a verdiyi müsahibədə məsələnin çərşənbə axşamına qədər həll olunacağına əminliyini bildirib.
"Xatırladım ki, bunlar artıq qəbul edilmiş layihələrdir. Biz bunu yenidən edəcəyik. Hazırda söhbət sadəcə rəsmiyyətdən gedir", – deyə Conson qeyd edib.
Senatın əlavə maliyyələşməni sonda təsdiqləməsinə baxmayaraq, qismən şatdaun rəsmən ABŞ-nin Şərq vaxtı ilə 31 yanvar gecə yarısından başlayıb.
/report










































