ABŞ-də qızılca təhlükəsi: yoluxma sayı 624-ə yüksəldi

ABŞ-də qızılca təhlükəsi: yoluxma sayı 624-ə yüksəldi
DÜNYA
15:11 23.04.2025
142
ABŞ-nin Texas ştatında qızılcaya yoluxanların sayının 624-ə çatdığı bildirilib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ötən gün Texas Dövlət Səhiyyə Xidmətləri Departamenti (DSHS) açıqlama verib.
 
Açıqlamada, ABŞ-nin Texas ştatının qərb hissəsini təsir edən qızılca epidemiyasında yoluxma hallarının sayının 624-ə yüksəldiyi, son 5 gündə 27 yeni yoluxma halının olduğu bildirilib.
 
Məlumatlara görə, hadisələrin demək olar ki, hamısı peyvənd olunmamış və ya peyvənd statusu bilinməyən insanlar arasında baş verib.
 
Rəsmilər tərəfindən edilən açıqlamada, epidemiyanın yayılmasına nəzarət etmək üçün yerli səhiyyə idarələri ilə işlərin davam etdiyi qeyd edilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR