ABŞ-də sahilə çıxan nəhəng dəniz canlısı görənləri təəccübləndirdi

ABŞ-də sahilə çıxan nəhəng dəniz canlısı görənləri təəccübləndirdi
DÜNYA
20:09 10.06.2024
232
ABŞ-nin Oreqon ştatında sahilə çıxan nəhəng dəniz canlısının daha əvvəl kəşf edilmiş "günəş balığı” olduğu məlum olub. 

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, səlahiyyətlilər mövzu ilə bağlı bunları deyiblər: 

"Siz günəş balığı haqqında eşitmisiniz, amma başlıqlı günəş balığı haqqında eşitmisiniz? İyunun 3-də 7,3 metrlik (221 sm) günəş balığı Oreqon ştatının Seaside şəhərinin şimalındakı çimərlikdə sahilə çıxıb. Bu xəbərin Yeni Zelandiyada yaşayan tədqiqatçı Mariann Niqarda çatması çox çəkməyib, şəxsin gördüyü fotoşəkillər onun adi bir okean günəş balığı deyil, çox tanış olduğu fərqli bir növ ola biləcəyini göstərib. 

Əvvəlcə yalnız cənub yarımkürəsinin mülayim sularında yaşadığı güman edilən bu canlı, bu yaxınlarda bir neçəsi Kaliforniyada, biri isə Alyaskanın şimalında sahilə çıxanda araşdırılmağa başlayıb”.

Səlahiyyətlilər başlıqlı günəş balığının hələ də sahildə olduğunu və həftələrlə orada qala biləcəyini söyləyib.

Məryəm
OXŞAR XƏBƏRLƏR