ABŞ-də sərnişin təyyarəsi hava limanında alovlandı

ABŞ-də sərnişin təyyarəsi hava limanında alovlandı
DÜNYA
13:49 27.07.2025
92
ABŞ-də sərnişin təyyarəsi hava limanında alovlandı

AZXEBER.COM Oxu.Az-a istinadla xəbər verir ki, ABŞ-nin Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında "American Airlines" şirkətinə məxsus "Boeing 737 Max" sərnişin təyyarəsinin göyərtəsində yanğın baş verib.

Məlumata görə, problem uçuş zamanı meydana gəlib. Mayami istiqamətində hərəkət edən təyyarədə qəfildən şassi hissəsi alışıb.

Göyərtədə altı ekipaj üzvü və 173 sərnişin olub. Bütün sərnişinlər təcili şəkildə təyyarədən təxliyə ediliblər.

Təcili yardım xidmətlərinin məlumatına əsasən, beş nəfər yüngül xəsarət alıb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR